Şamaxıda avtomobil dərəyə aşdı

 16:53 10.06.2022     301

Bu gün saat 15:00 radələrində Muğanlı-İsmayıllı yolunun 4-cü kilometrliyində, Şamaxı rayonu ərazisində ağır avtomobil qəzası baş verib.

Redaktor.az xəbər verir ki, İsmayıllı rayonu Zeybət kənd sakini, 1940-cı il təvəllüdlü Babayev Nəsib Əbülfəz oğlu 90-ME-312 dövlət nömrə nişanlı VAZ-2115 markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı avtomobildə olan bir ailənin 5 üzvü –1940-cı il təvəllüdlü Babayev Nəsib Əbülfəz oğlu, 1995-ci il təvəllüdlü Babayeva Solmaz Ümid qızı, 2021-ci il təvəllüdlü Babayev Məhəmməd Şahin oğlu və onun azyaşlı bacısı, eləcə də uşaqların nənəsi xəsarət alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.