Ağsuda 21 yaşlı gənc özünü ASDI

 22:21 10.06.2022     797

Ağsuda intihar hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Ərəbuşağı kəndində qeydə alınıb.

Belə ki, 21 yaşlı kənd sakini Ağayev Murad Bəhruz oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı Ağsu rayon prokurorluğunda araşdırma aparılır (report.az).