Məktəbli qızı ərə vermək istədilər - Toyun qarşısı alındı

 09:57 11.06.2022     1226

Qazaxda daha bir məktəbli qızın erkən nikaha daxil olmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Gəncə regional qrupundan Redaktor.az-a bildirilib ki, Rayon Polis Şöbəsinə Qarapapaq kəndində yetkinlik yaşına çatmayan şəxsə toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb. Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.

Qızın 15 yaşında olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə Qazaxın Kosalar kəndində də 16 yaşlı məktəbli qız erkən nikaha sövq edilmiş, polisin müdaxiləsi nəticəsində mağar sökülərək toyun qarşısı alınmışdı.