Övladlarını döyən ərindən polisə şikayət etdi

 12:58 11.06.2022     492

Bakıda qadın övladlarının əri tərəfindən döyüldüyü iddiası ilə polisə müraciət edib.

Redaktor.az xəbər verir ki, Xəzər rayonu Binə qəsəbə sakini, 1990-cı il təvəllüdlü ana müraciətində bildirib ki, həyat yoldaşı birgə nikahlarından doğulan uşaqları mütəmadi olaraq döyür.

O, bildirib ki, əri, 1981-ci il təvəllüdlü T.Rüstəmov doğma övladları olan 14 və 12 yaşlı qızlarını vuraraq xəsarətlər yetirir, onlara fiziki və mənəvi işgəncə verir.

Qadının müraciəti nəzarətə götürülüb və müvafiq araşdrmalar aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən