Şəmkir sakinini qatar vurdu

 22:46 12.06.2022     1240

Şəmkirdə sərxoş kişini qatar vurub.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Gürcüstan dəmir yolu xəttinin rayonun Dəllər stansiyasının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan qatar dəmir yolunu keçmək istəyən 51 yaşlı Əliyev Elvarı vurub.

Yaralının vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Məlumata görə, 51 yaşlı kişi hadisə vaxtə sərxoş olub.

Faktla bağlı araşdırma aparılır (apa).