Azərbaycanda müəllim və şagirdlər ağır qəzaya düşdü - VİDEO - YENİLƏNİB

 02:57 13.06.2022     2268

"Şamaxı-Bakı yolunda sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib.

İlkin məlumata görə ağır xəsarət alanların olmadığı bildirilir".

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsnin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov məlumat verib.

O, bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır.

"Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri, müəllim və bir qrup valideyndən ibarət olduğu bildirilir.

Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub", - deyə B.Məmmədov feysbukda yazıb.

***

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "oxu.az"a istinadla xəbər verir ki, qəzaya düşən avtobusun Bakının Günəşli massivində yerləşən 279 nömrəli məktəbin müəllim və şagird heyəti olduğu bildirilir.

Qəza nəticəsində həyatını itirən şəxsin olduğu söylənilir.

Onlar Şamaxıda istirahət edib Bakıya qayıdırmışlar.