Şamaxıda turistləri aparan avtobus qəzaya düşdü - Çoxlu yaralı var

 00:27 13.06.2022     430

Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə ötən gün saat 23:00 radələrində baş verib.

Üzərinə Bakı-Tovuz-Qazax-Qırmızı Körpü yazılmış 90-NL-949 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin avtobusu yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Hadisə zamanı Qəbələdən Bakıya gedən və içərisində 55 sərnişinin olduğu avtobusda 6 nəfər xəsarət alıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həmçinin, təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerində 10-dan çox sərnişinə ilkin tibbi yardım göstərib.

Fakatla bağlı araşdırma aparılır (apa.az).