Qazi tanışını bıçaqladı

 11:28 13.06.2022     850

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Redaktor.az xəbər verir ki, toydan sərxoş halda çıxan şəxslər arasında mübahisə düşüb.

Nəticədə Ağdaş rayonunun Mürsəl kənd sakini, 2000-ci il təvəllüdlü Səbuhi Abdullayev Malay kənd sakini, 1993-cü il təvəllüdlü Alim Alcanovu bıçaqlayıb. 

O, xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb. 

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmə-tibbi ekspertiza təyin olunub. Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, S.Abdullayev Vətən müharibəsi iştirakçısıdır (oxu.az).