Avtobusda sərnişinin çantasından 3200 manat oğurlandı

 12:42 13.06.2022     555

Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisində marşrut avtobusunda şəhər sakini S.Cəbiyevanın çantasından 3200 manat pulunun oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin də aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən