11 il sonra doğulan evin tək uşağı faciəvi şəkildə öldü

 15:49 13.06.2022     6325

Lənkəranda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə iyunun 11-i saat 13 radələrində Vilvan kəndində baş verib.

Belə ki, şəhər sakini İ.Hüseynov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçməyə çalışan 2017-ci il təvəllüdlü S.Hüseynovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən azyaşlı iyunun 12-də orada ölüb.

Məlumata görə, valideynlərinin evliliyindən 11 il sonra dünyaya gələn S.Hüseynov ailənin tək uşağı olub.