Minik avtomobili velosipedçini vurdu

 19:15 13.06.2022     148

Zaqatalada yol qəzası olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Dağlı kəndində baş verib.

Kənd sakini 2002-ci il təvəllüdlü Oruc Qəni oğlu Şabanov velosipedlə kəndin ərazisində hərəkət edərkən VAZ 2109 markalı minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan O. Şabanov Zaqatala Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.