Bakıda “Porsche” yeniyetmənin ölümünə səbəb oldu - FOTO

 04:53 14.06.2022     349

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ölüb. 

Redaktor.az xəbər verir ki, hadisə Yasamal rayonu Məhəmməd Xiyabanı küçəsində baş verib.

Piyada keçidindən keçən 2005-ci il təvəllüdlü Səlimov Məhəmməd Mehman oğlunu “Porche” markalı avtomobili idarə edən Ağazadə Çingiz Əkrəm oğlu vurub.

Piyada hadisə yerində ölüb.

Sürücü polislər tərəfindən saxlanılıb (apa.az).

222
Vumart və Güvən reklamı Vumart Güvən