DİN-dən “Porsche”nin yeniyetməni vurub öldürməsi ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) “Porsche”nin piyadanı vurub öldürməsi ilə bağlı açıqlama yayıb.
DİN-dən Redaktor.az-a verilən məlumata görə, iyunun 13-də saat 23 radələrində Yasamal rayonunun M.Xiyabani küçəsində Bakı şəhər sakini Ağazadə Çingiz Əkrəm oğlunun idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini Ayxan Səlimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.