Bu xəstəxananın baş həkimi vəfat etdi - FOTO

 15:32 14.06.2022     944

“Göygöl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini, baş həkim Eldar Muradov bu gün vəfat edib.

Bu barədə Redaktor.az TƏBİB-dən xəbər verilib:

"TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və TƏBİB-in kollektivi Eldar Muradovun vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər" - məlumatda bildirilib.

Qeyd edək ki, Eldar Muradov 3 may 1957-ci ildə anadan olub. 1982-1983-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasında, 1983-1994-cü illərdə rayonun Balçılı kənd xəstəxanasında həkim-pediatr, 1994-cü ildən etibarən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışıb.

1988-ci ildə Moskva şəhərində Həkimlərin Ümumittifaq Qurultayının, 1997-ci ildə Bakı şəhərində Türk Dövlətləri Pediatrların Qurultayının iştirakçısı olub. 2002-ci ildə poliomielit xəstəliyinin ölkədə ləğv edilməsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının gümüş medalı ilə təltif edilib.

2