Türkiyə vətəndaşı Göygöldə qəzada öldü

Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR arxadan "KamAZ"a çırpılıb. Nəticədə Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Mecid Bakir hadisə yerində dünyasını dəyişib (apa.az)