11-ci sinif şagirdi “Son zəng” öncəsi yoxa çıxdı - İmtahandan az bal yığıbmış - YENİLƏNİB

Füzulidə kanalda batdığı deyilən oğlanla bağlı bir sıra detallar məlum olub.
Redaktor.az-ın Lent.az-a istinadən əldə etdiyi məlumata görə, 11-ci sinif şagirdi olan 17 yaşlı Zaur Süleymanov qəbul imtahanından az bal yığıbmış.
O, yaşadığı evdən çıxaraq, naməlum istiqamətdə gedib. Ehtimal olunur ki, məzun özünü Baş Mil kanalına atıb.
Hazırda Z.Süleymanovun axtarış tədbirləri davam etdirilir. Məlumata görə, onun tapılması üçün hətta Baş Mil kanalı hazırda qurudulur.
Z.Süleymanovun intihar edib-etmədiyi isə dəqiq bilinmir.
***
Füzulidə 11-ci sinif şagirdi itkin düşüb.
Redaktor.az xəbər verir ki, rayonun Böyük Bəhmənli kənd sakini, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlu itkin düşüb.
Onun suda batması ilə bağlı Baş Mil kanalının Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Məlumata görə Z.Süleymanov dünən günortadan sonra yoxa çıxıb. O, bu gün "Son zəng" tədbirində iştirak edəcəkdi.
Faktla bağlı araşdırma aparılır.