Siyəzəndə ağır qəza - Ölən və yaralılar var

 22:32 14.06.2022     9761

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, Bakı-Quba yolunun 78-ci km-də, Siyəzən ərazisində "Nissan Mikra" markalı avtomobil "Mercedes ML"lə toqquşub.

Hadisə nəticəsində Siyəzən sakinləri - 1987-ci il təvəllüdlü Fərqanə Mövlidxan qızı Abbasova, onun bacısı, 1985-ci il təvəllüdlü Əfsanə Mövlidxan qızı Tağıyeva, 2001-ci il təvəllüdlü Azər Ələbbas oğlu Ağayev, 2014-cü il təvəlludlü Əsma Firudin qızı Abbasova və Quba sakini, 2004-cü il təvəllüdlü Əminə Rövşən qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza zamanı ağır xəsarət alan 1988-ci il təvəllüdlü Xalidə Xalid qızı Xəlilzadə hadisə yerində keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır.

22
Vumart və Güvən reklamı Vumart Güvən