Arvad ərini bıçaqladı

 02:37 16.06.2022     310

Lənkəranda arvad ərini bıçaqlayıb.

Redaktor.az xəbər verir ki, hadisə Ürgə kəndində baş verib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, Göyşaban kənd sakini olan Mahir Güloğlan oğlu Rzayev qızını evə gec gəlməsi səbəbindən döyüb.

Ana qızını müdafiə etmək istəyərkən ərinə bıçaqla xəsarət yetirib. M.Rzayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.