Bakıda polis maşını qəzaya uğradı

 09:10 16.06.2022     775

Bakıda polis maşını qəzaya uğrayıb.

Redaktor.az görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

24 yaşlı Məmmədov Emin Allahverən oğlunun idarə etdiyi “Niva” markalı avtomobil hərəkətdə olarkən ərazidə xidmət göstərən 99-YP-241 dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobili ilə toqquşub. Hadisə zamanı “Niva”nın sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.