Yol qəzası beş kəndi işıqsız qoydu - FOTO

 14:51 16.06.2022     1857

Bakı-Qazax magistral yolunda qəza baş verib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında, yolun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Xaliq Qulam oğlu Qulamovun idarə etdiyi “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə beton arakəsməyə çırpılıb. Daha sonra yol kənarındakı KRN-10 tipli vakuum açarına dəyərək onu aşırıb.

Hadisə zamanı xəsarət alan olmasa da, rayonun Qarabörk, Qulabənd, Küçəkənd, Alpı və Ənvər Məmmədxanlı kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb (apa.az).

Bizimlə əlaqə saxlayın

Vumart və Güvən reklamı Vumart Güvən