Goranboyda məktəb narkomanlar oylağına çevrilib - FOTO

 15:25 16.06.2022     2171

Goranboy rayonunda yerləşən məktəblərdən birinin otağından narkomanlar istifadə edirlər.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

İddia edilib ki, rayonun 2 saylı tam orta məktəbi narkomanlar oylağına çevrilib. 

Belə ki, paylaşılan fotolarda divarda, yerdə qan izinə də rast gəlinir.