Qusarda qadın 12 yaşlı uşağı avtomobillə vurub ÖLDÜRDÜ

 20:41 16.06.2022     431

Qusar şəhərinin Xamətov küçəsində qadın sürücünün idarə etdiyi avtomobil 12 yaşlı uşağın ölümünə səbəb olub.

Redaktor.az xəbər verir ki, Qusar şəhər sakini olan 43 yaşlı Ofelya Asif qızı Sultanova idarə etdiyi "Nissan "markalı avtomobillə 12 yaşlı Ruslan Vasiliyevi vurub.

Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.