Bakıda ev yanır - VİDEO

 22:08 16.06.2022     303

Paytaxtda fərdi yaşayış evində yanğın olub.

Redaktor.az xəbər verir ki, hadisə Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 

İlkin məlumata görə, hadisəyə səbəb elektrik xəttlərindəki nasazlıqdır.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Ona ilkin tibbi yardım göstərilib.