Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO

 14:20 17.06.2022     237

Bakı şəhəri, Xətai rayonunda çoxmərətəbəli yaşayış binasında baş vermiş yanğın zamanı Fövqəladə Hallat Nazirliyinin qüvvələri tərəfindən 15 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 4 nəfər xilas edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı FHN məlumatyayıb.

Bildirilib ki, bu gün saat 10:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının binanın 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib. 

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub. 

Bina sakinlərinin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.