3 yaşlı uşaq kanalda boğuldu

Salyanda 3 yaşlı uşaq su kanalında boğulub.
Redaktor.az xəbər verir ki, hadisə Kürsəngi kəndində qeydə alınıb. Belə ki, nəzarətsiz qalan 2019-cu il təvəllüdlü Nihad Səfaət oğlu Xəlilzadə su kanalına düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.