Azərbaycanda ər əvvəlcə arvadını, sonra özünü öldürdü

İmişlidə qətl hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Yalavac kəndində baş verib.
Kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu münaqişə zəmnində arvadı, 1988-ci il təvəllüdlü Mustafayeva Turanə Vaqif qızını bıçaqla qətlə yetirib. M.Əhmədov sonra bıçaqla özünü öldürüb.
Faktla bağlı araşdırma aparılır (report).