Axtarışda olan şəxs saxlanıldı - Oğlu yaba ilə polisə xəsarət yetirdi

 11:59 18.06.2022     254

Lerikdə axtarışda olan şəxs saxlanılıb, oğlu yaba ilə polisə xəsarət yetirib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.

O, bildirib ki, iyunun 17-si saat 12 radələrində Lerik rayonunun Zərdəbərə kəndində cinayət məcəlləsinin 128-ci maddəsi ilə axtarışda olan kənd sakini Vaqif Əliyev polis əməkdaşları tərəfindən saxlanılarkən o, və yanında olan oğlu Ruslan tabesizlik göstərib, yaba ilə onlardan birinə xəsarət yetiriblər.

Buna baxmayaraq polis əməkdaşları tərəfindən V.Əliyev saxlanılmış, oğlu Ruslan hadisə yerindən qaçsa da tutulması təmin edilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.