Bərdə bazarında nənə xəstə nəvəsini diləndirir? - RƏSMİ AÇIQLAMA

 13:06 18.06.2022     453

Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda bazarda xəstə uşağın nənəsi tərəfindən diləndirilməsi iddialarına münasibət bildirib.

Redaktor.az xəbər verir ki,DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis baş leytenantı Aslan Qiyaslıməsələ ilə bağlı məlumatlı olduğunu bildirib.

"Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır", - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Bərdə rayonunda bazarda xəstə uşağın nənəsi tərəfindən diləndirilməsi ilə bağlı məlumatlar yayılıb (report.az).

2