Qətlə yetirilən Orxan qazi imiş - FOTO

 11:08 19.06.2022     768

İyunun 15-də Şabranda qətlə yetirilən Orxan Əliyevin Vətən müharibəsi qazisi olduğu müəyyənləşib.

Redaktor.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilən 1997-ci il təvəllüdlü Orxan Əliyev nişanlı olub.

Mərhum Vətən müharibəsində iştirakına görə, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, hadisəni törədən Teymur Cəfərzadə şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam etdirilir (qafqazinfo.az).