Nabranda istirahət mərkəzi yandı

 11:35 19.06.2022     865

Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 12 m² olan hamam otağının yanar konstruksiyaları, yaxınlıqda transformatorun yağı və sarğıları yanıb.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadın verdiyi xəbərə görə, yaxınlıqdakı koteclər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.