Bakıda avtomobil 5 yaşlı uşağın ayağını sındırdı

 23:28 19.06.2022     684

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil 2017-ci il təvəllüdlü Əsgərov Hacıəli Həsən oğlunu yaşadığı evin qarşısında vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır (report.az).

Vumart və Güvən reklamı Vumart Güvən