Masallıda 15 yaşlı oğlan intihar etdi

Masallı rayonunda intihar hadisə baş verib.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Ərkivan kəndində qeydə alınıb.
2007-ci il təvəllüdlü N.A. (oğlan) yaşadığı evdə özünü asaraq intihar edib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "oxu.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.