Ana 7-ci mərtəbədən yıxılan korpəsinin dalınca özünü atdı

 15:08 20.06.2022     1296

Bakıda binadan yıxılan hamilə qadın və azyaşlı övladının kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev küçəsi 116 ünvanında baş verib.

Həmin binanın 7-ci mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Umalatova Tamerlan Tofiq oğlu balkondan 6-cı mərtəbənin balkonuna yıxılıb.

Bunu görən ana 1995-ci il təvəllüdlü Umalatova Rövşanə Rövşən qızı uşağı tutmaq istəyərkən müvazinətini itirərək uşağın arxasınca yıxılıb.

***

Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarından birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Redaktor.az-a verilən məlumata görə, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti sabitdir.

1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən