Gəncədə karusel qırıldı - Xəsarət alan var

 09:30 21.06.2022     1272

Gəncədə bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Bayraq Meydanı parkında qeydə alınıb.

 

Belə ki 2010-cu il təvəllüdlü N.Abbasova sözü gedən parkda quraşdırılmış karuselin qırılması nəticəsində yıxılaraq sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır (apa.az).