Ramin Hacılı həbsdə saxlanıldı

 17:03 21.06.2022     196

Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Redaktor.az xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Ramin Hacılı Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə), 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 29,318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə təqsirli bilinib. Cinayət işi üzrə 35 nəfər zərərçəkmiş qismində tanınıb. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə R.Hacılıya 3 il 6 ay cəza verilib. Məhkəmə təyin olunmuş cəzanı şərti hesab edib. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edərək 3 il 6 azadlıqdan məhrumetmə qərarı çıxarıb. Ramin Hacılı məhkəmə zalında həbs olunub.

Onu da qeyd edək ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Ramin Hacılının eyni maddələrlə təqsirləndirildiyi başqa epizod üzrə məhkəmə istintaqı gedir.