Məktəblini traktor vurub öldürdü

 10:02 22.06.2022     177

Tərtərdə ölümlə nəticələnən yol qəzası olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Əliyev Pərvin Yusif oğlu idarə etdiyi "T-28" markalı traktorla Goranboy-Tərtər yolunun Qaradağlı kəndində hərəkətdə olarkən yolu keçmək istəyən 13 yaşlı Alquliyev Füzuli Bayram oğlunu vurub. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, F. Alquliyev həmin kənd məktəbində 7-ci sinifdə təhsil alırmış.