Balakəndə 4 ton narkotik bitkisi məhv edildi

Balakən Rayon Polis Şöbəsi əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçiriblər.
Redaktor.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirlər nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitmiş 4 ton 200 kiloqram çəkidə 6380 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.