20 min manatını aldılar - “Topaz”da dələduz

 14:19 23.06.2022     731

“Topaz”ın kassiri külli miqdarda dələduzluqda ittiham olunur.

Redaktor.az xəbər verir ki, Gəncə şəhər sakini Şaiq Hacıyev polisə müraciət edərək, “Topaz” tərəfindən dələduzluğa məruz qaldığını bildirib. O, iddia edir ki, Gəncə şəhərində yerləşən “Topaz” məntəqəsinin kassiri Rəşad Cəfərov onu aldadaraq, 20 min manatdan çox pulunu mənimsəyib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanılıb.