“Azərbaycan Dəmir Yolları” yarımstansiyasında YANĞIN

 23:00 23.06.2022     395

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyada yanğın olub.

Redaktor.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Sabirabad rayonunun Qaratəpə kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyanın ərazisində paylayıcı qurğunun 4 ədəd qoruyucu açarı və 4 p.m elektrik kabeli yanıb.

Yarımstansiya yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.