Şəhid kapitanın polkovnik atası vəfat etdi

 09:09 24.06.2022     351

Vətən müharibəsi şəhidi Nəcəf Şikarovun atası Şikar Şikarov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya ailənin yaxınları bildirilib.

Qeyd edək ki, şəhid kapitan Nəcəf Şikarovun atası Birinci Qarabağ müharibəsi iştirakçısı olub. Polkovnik-leytenant Şikarov Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb. Oğlu Nəcəf Şikarov isə 2020-ci ilin noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Şəhidimiz ölümündə sonra “Vətən uğrunda”, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.