Gözəllik salonuna gedən qadın qızı ilə birlikdə YOXA ÇIXDI

 10:07 24.06.2022     150

Bakıda ana və qızı itkin düşüblər.

Redaktor.az-ın Lent.az-a istinadən məlumatına görə, 28 yaşlı Qarayeva Gülnur Yolçu qızı və onun yeddi yaşlı qızı Osmanova Miray Asif qızı paytaxtın Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən gözəllik salonundan çıxaraq naməlum istiqamətdə gediblər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.