Sürücü aşan "Zil"in altında qalıb öldü - FOTO

 13:18 24.06.2022     296

Şəki şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, Şəki sakini Mahir Zakir oğlu Hacırəhimovun idarə etdiyi "Zil" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Bu zaman özünü yük avtomobilindən atmaq istəyən sürücü ağır xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Aparılan bütün müdaxilələrə baxmayaraq M. Hacırəhimov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır (report.az).

2222