Bakı metrosunda üç nəfər huşunu itirdi
“Bakı Metropoliteni” QSC gün ərzində metroda sərnişinlərin vəziyyətinin pisləşməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Redaktor.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov oxu.az-a açıqlamasınd bildirib ki, xanım sərnişinlərdən biri metronun “Azadlıq” stansiyasının platdormasında özünü pis hiss etdiyini deyib:
“Metropoliten əməkdaşları xanıma ilkin yardım göstərib. Sərnişin özü təcili tibbi yardım briqadasının çağırılmasını istəməyib. Özünə gəldikdən sonra yoluna davam edib”.
Qeyd edək ki, bu gün Bakı metrosunda daha iki nəfər huşunu itirib. Metronun “Gənclik” stansiyasında gənc qızla yanaşı, daha bir oğlan da halı pisləşib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib və onlar toparlandıqdan sonra yollarına davam ediblər.













