Bakıda sərnişin avtobusu minik maşını ilə TOQQUŞDU

 12:22 25.06.2022     378

Bu gün “Kənan-2000” şirkətinin  müvəqqəti istismarında olan 70 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90 MJ 279 DQN-lı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Daşıyıcı şirkətin direktoru Əbülfət Bayramovun verdiyi məlumata əsasən hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən