Qəzada xəsarət alan bələdiyyə sədri vəfat etdi

 21:38 25.06.2022     459

Dünən Göygöldə baş verən qəzada xəsarət alan sürücü bu gün xəstəxanada ölüb.

Redaktor.az xəbər verir ki,  "Tofaş" markalı avtomobilin dərəyə aşması nəticəsində ölən şəxs 1964-cü il təvəllüdlü Bayramov Asif Hümbət oğludur.

 

Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədri idi.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən