Maşın çayı düşdü - Ölən var

 23:02 25.06.2022     606

Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, rayonun Quşçu kəndində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq Qoşqar çayı üzərindəki körpüdən aşıb.

Nəticədə 27 yaşlı Ruslan Cabbarov və 32 yaşlı Rövşən Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəza zamanı bir nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən