DİN Goranboyla bağlı məlumat yaydı

 23:19 25.06.2022     897

Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində külli miqdarda narkotik bitkisi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Goranboy rayonunun Erkəc kəndi ərazisindən Mənəşli kəndi ərazisinədək 1,4 hektar sahədən 1 ton 613 kiloqram çəkidə 3585 ədəd yabanı halda bitən narkotik bitkisi toplanaraq yandırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən