Tələbə Xəzərdə boğulub öldü

 09:20 27.06.2022     519

Bakının Sabunçu rayonunda dənizdə bir nəfər boğulub.

Redaktor.az xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Əhmədov Bakıda kirayədə yaşayırmış.

O, Texniki Universitetin üçüncü kurs tələbəsi olub (apa).

Vumart və Güvən reklamı Vumart Güvən