Ana olmağa hazırlaşan qadın qəflətən öldü

 15:13 27.06.2022     863

Astarada 9 aylıq hamilə olan qadın ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Giləkəran kəndində baş verib.

1997-ci il təvəllüdlü Qasımzadə Aytən Eldəniz qızı dünyasını dəyişib.

İlkin məlumata görə, qadın yaşadığı evdə qəfldən ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Bildirilir ki, 3-cü dəfə ana olmağa  A.Qasımzadənin 9 aylıq hamiləlik dövrü normal keçib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən