Odlar Yurdu Universitetin tələbəsi dənizdə BOĞULDU

 21:06 27.06.2022     437

Odlar Yurdu Universitetinin 3-cü kurs tələbəsi dənizdə boğulub.

Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" feysbuk səhifəsində qeyd olunub.

Bildirilib ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. O, Bakıda kirayədə yaşayırmış.

Həmçinin sosial şəbəkədə onun dostları ilə son yazışması paylaşılıb.

Qeyd edək ki, iyunun 24-də dənizdə daha bir tələbə batmışdı. 2003-cü il təvəllüdlü Bəylərov Eldar Qoşqar oğlu Gürcüstan universitetlərinin birində diş həkimliyi üzrə təhsil alırmış.

2
Vumart və Güvən reklamı Vumart Güvən